Barselona futbolçuları “donuz qirpi”nə yoluxub
21 Noyabr 2009 Şənbə 01:10
Barselona futbolçuları müdafiəçi Erik Abidal və yarımmüdafiəçi Yaya Ture müalicə olunurlar.
“Barselona” futbol klubunun iki oyunçusu-müdafiəçi Erik Abidal və yarımmüdafiəçi Yaya Ture “donuz qripi”nə yoluxublar. Bu barədə məlumatı “Barselona” futbol klubunun internet saytı yayıb.
Saytda yerləşdirilmiş məlumatda deyilir ki, hər iki futbolçu hazırda müalicə olunur. Onlar İspaniya çempionatının növbəti turunda Bilbao “Atletiko”suna qarşı oyunu baraxmalı olacaqlar.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar