“Barselona” Daniel Alvesə yeni təklif verib
02 Oktyabr 2010 Şənbə 02:15
Daniel Alvesə təklif olunan maaşın məbləği artırılıb.
İspaniyanın “Barselona” klubu braziliyalı müdafiəçi Daniel Alvesə müqavilənin uzadılması üçün yeni təklif verib. Futbolçu əvvəlki razılaşma variantını rədd etmişdi. Çünki klubun təklif etdiyi maaşın məbləği onu qane etmirdi. Bu dəfə “Barselona” təklifini daha da yaxşılaşdırıb.

27 yaşlı Daniel Alvesin “Barselona” ilə mövcud müqaviləsi 2012-ci ildə başa çatıb. Klub isə onu 2015-ci ilədək uzatmaq istəyir. “Barselona”nın prezidenti Sandro Rosel və baş məşqçi Xosep Qvardiola Daniel Alvesi komandının əsas oyunçusu hesab edirlər və onun klubda qalmasına çalışırlar. Futbolçunun klubun təklifi ətrafında düşümək üçün ilin sonunadək vaxtı var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar