“Barselona”da yeni futbolçu
25 Dekabr 2010 Şənbə 12:30
Katalon klubu mərakeşli Affelayı heyətinə cəlb edib
İspaniyanın “Barselona” klubu PSV “Eyndhoven” kollektivinin Mərakeş əsilli futbolçusu İbrahim Affelay ilə müqavilə imzalayıb. 24 yaşlı gənc oyunçu ilə “Barselona” arasında imzalanan müqavilənin müddəti 4,5 illiyinə nəzərdə tutulub. Katalon klubu futbolçunun keçidi üçün qarşı tərəfə 3 milyon avro ödəyib.

Affelayla “Barselona” arasında imzalanmış müqavilənin şərtlərinə görə isə, futbolçunu transfer etmək istəyən hər hansı başqa bir klub 100 milyon avro xərcə düşməli olacaq. Artıq Affelayın “Barselona”da neçə nömrəli futbol geyimində çıxış edəcəyi də müəyyənləşib. Mərakeş əsilli futbolçu əvvəllər Dekunun geyindiyi 20 nömrəli geyimi seçib.

Xatırladaq ki, İbrahim Affelay PSV “Eyndhoven”in heyətində 159 oyunda meydana çıxaraq 36 qola imza atıb. Futbolçu Hollandiya yığmasına da cəlb edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar