"Barselona"da Xuan Laporta erası başa çatdı
14 İyun 2010 Bazar Ertəsi 16:55
Kataloniya klubunun yeni prezidenti seçilib
İspaniyanın “Barselona” klubunun yeni prezidentinin adına aydınlıq gəlib. 45 yaşlı iş adamı Sandro Rassel səslərin 61 faizini toplayaraq bu posta sahib olub.

Onun əsas rəqibi Aqusti Benedito isə 14 faiz səs toplayaraq məğlub olub. “Barselona”nın yeni prezidenti vəzifəsinin icrasına iyulun 1-də başlayacaq.

Xatırladaq ki, “Barselona” klubunun əvvəlki prezidenti Xuan Laporta idi. Laportanın başçılığı altında Kataloniya klubu iki dəfə Çempionlar Liqasını, Avropa Superkubokunu, klublararası dünya çempionluğunu qazanaraq böyük uğur əldə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar