"Barselona"da Anri dövrü bitdi
14 İyul 2010 Çərşənbə 17:35
Futbolçu karyerasını ABŞ-da davam etdirəcək.
ABŞ-ın “Nyu-York Red Bulls” klubu rəsmən Tyeri Anri ilə müqavilə bağladığını bəyan edib. Müqavilənin detalları və Anrinin məvacibi haqqında isə hələ ki, məlumat verilmir.

Anrinin “Nyu-York Red Bulls” – “Tottenhem” yoldaşlıq matçında yeni klubunun heyətində debüt edəcəyi bildirilir. ABŞ təmsilçisi Anri ilə yanaşı “Barselona”nın daha bir futbolçusu, meksikalı Rafael Markesin transferinə çalışır.

Xatırladaq ki, Tyeri Anri karyerası ərzində “Arsenal”və “Barselona” klublarının formasını geyinib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar