“Barselona” braziliyalı futbolçu Adriano ilə anlaşdı
17 İyul 2010 Şənbə 11:45
Adriano bu gün rəsmi müqaviləyə imza atır.
İspaniyanın “Barselona” klubu heyətinə braziliyalı futbolçu cəlb edib. “Sevilya” klubunun üzvü Adriano Korreya 9,5 milyon avro müqabilində “Barselona” komandasına keçib.

Katoloniya klubu ilə Adriano arasında rəsmi müqavilənin bu gün imzalanacağı gözlənilir.

Xatırladaq ki, Adriano mövsümlərarası fasilədə “Barselona”nın həyata keçirdiyi ikinci transferidir. İlk transfer isə David Vilyanın 40 milyon avroya “Valensiya”dan keçidi olmuşdu.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar