Barsa Atilla Turan ı hədəfə alıb
17 Yanvar 2011 Bazar Ertəsi 17:45
İspaniya klubu türk futbolçu Atilla Turan ı transfer etmək istəyir.
İspaniyanın “Barselona” klubu türk futbolçu ilə maraqlanır. Kataloniya təmsilçisi Fransanın II liqa təmsilçilərindən olan “Qrenobl” klubunun 18 yaşlı üzvü Atilla Turanı heyətinə qatmaq fikrindədir. II liqada oynamasına baxmayaraq gənc futbolçunun oyunu “Barselona” skautlarının diqqətini cəlb edib.

“Qrenobl” - “Sedan” matçında futbolçunun oyununu izləyən skautlar “Barselona” klubu rəhbərliyinə futbolçu ilə bağlı müsbət rəy verib. “Barselona” klubunun idman direktorunun tezliklə Atilla Turanla müqavilə bağlayaraq onu “Barselona”ya cəlb etməkdə israrlı olduğu bildirilir.

Xatırladaq ki, Atilla Turan 19 yaşadək futbolçulardan ibarət Türkiyə yığmasının formasını geyinir.  ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar