Barak Obama Devid Kemeron pivədən mərc gəldilər
13 İyun 2010 Bazar 01:20
Liderlər mərcin nəticəsindən asılı olaraq, bir-birilərinə bir qutu pivə almalıdırlar.
ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron Dünya Çempionatında ABŞ və İngiltərə millilərinin qarşılaşmasının nəticəsi ilə bağlı pivədən mərc gəliblər. Onlar arasında bu barədə söhbət telefon danışığı zamanı olub. Əgər ABŞ millisi udsa Devid Kemeron Barak Obamaya ən yaxşı ingilis pivəsinin bir qutusunu verməlidir. Hesab əksinə olsa, o zaman Devid Kemeron Barak Obamanın aldığı Amerika pivəsindən içəcək.
Qeyd edək ki, oyunda hesab 1:1-dir. anspress
DOSTLARINLA PAYLAŞ: