Bank of Azerbaijan voleybol klubunun rəsmi sponsoru oldu
06 Yanvar 2012 Cümə 18:51
Bank of Azerbaijan “Bakı” klubu ilə sponsorluq müqaviləsi imzalayıb.
“Bank of Azerbaijan” ASC öz Korporativ Sosial Məsuliyyət (KSM) Siyasəti çərçivəsində “Bakı” voleybol klubu ilə sponsorluq müqaviləsi imzalayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, KSM Siyasəti çərçivəsində reallaşdırılan bu layihə müddətində “Bank of Azerbaijan” ASC-nın maliyyə dəstəyi ilə Azərbaycanda qadın voleybolu inkişaf etdiriləcək və uşaqların voleybola marağı artırılacaq.

İmzalanmış müqaviləyə əsasən, voleybol üzrə ölkə çempionatının və beynəlxalq oyunların keçirildiyi dövrü və onun işıqlandırılması zamanı “Bank of Azerbaijan” ASC-nin reklam spotları və bannerləri klubun oyun meydançasında quraşdırılır. Voleybol klubunun oyunçuları bütün daxili və xarici oyunlarında bankın loqosu olan yeni formaları geyinir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar