Ballak getmək istəmir
11 Mart 2010 Cümə Axşamı 18:00
Alman futbolçunun “Çelsi” ilə müqaviləsi iyun ayında başa çatır
İngiltərə Premyer Liqası komandalarından olan “Çelsi”nin alman futbolçusu Mixael Ballakın klubu tərk etmək istəmədiyi bildirilib.
Almaniyanın “Bild” qəzetinin verdiyi xəbərə görə, Ballak bu ilin iyun ayında başa çatan müqaviləsini 2011-ci ilə qədər uzatmaq istəyindədir.
1997-1999-cu illərdə “Kaiserslautern”, 1999-2002-ci illərdə “Bayer Leverkuzen”, 2006-cı ilə qədər “Bayern Munich”in şərəfini qoruyan alman futbolçu 4 ildir ki “Çelsi”də forma geyinir.
Alman milli yığmasının da üzvü olan Ballak “Çelsi” heyətində 97 oyun keçirib və16 qol vurub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: