Baku United London çempionatında qələbə qazandı
18 Dekabr 2012 Çərşənbə Axşamı 16:36
Komandamız “Baltik”i 4:0 hesabı ilə məğlub edib.
Böyük Britaniyada futzal üzrə London çempionatında növbəti oyun “Baku United” və “Baltik” komandaları arasında keçirilib.

AzərTAc xəbər verir ki, bu oyunda “Baku United” 4:0 hesabı ilə qələbə qazanıb və London yarışmasında mövqeyini möhkəmlətləyib. Bu dəfə komanda əks-hücum taktikasına üstünlük verib.




Qeyd edək ki, ötən turda “Baku United” komandası ilə “London United” kollektivi arasında keçirilən qarşılaşma zamanı klubların baş məşqçilərinin və oyunçuların hakimin hər qərarına etiraz etmələri və onların sərt oynaması azarkeşləri də narazı salıb. Nəticədə, “London United”in kapitanı qırmızı vərəqə, “Baku United”in iki oyunçusu sarı vərəqə ilə cəzalandırılıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar