Baku Open - 2009 yekun vuruldu
30 Sentyabr 2009 Çərşənbə 16:50
Yarışın qalibi Rusiya şahmatçısı Boris Savçenko olub
“Baku Open-2009” beynəlxalq şahmat turniri başa çatıb. Yarışın bağlanış mərasimində Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Gənclər və İdman Nazirliyinin, həmçinin Şahmat Federasiyasının dəstəyi ilə həyata keçirilən mötəbər turnirin iştirakçıları üçün yaradılmış şəraitdən məmnunluğunu ifadə edib.

Tədbirin sonunda Şahmat Federasiyasının vitse-prezidenti, turnirin baş hakimi Faiq Həsənov qalibləri elan edib. “Baku Open 2009” turnirinin qalibi adına Rusiya şahmatçısı Boris Savçenko layiq görülüb. ABŞ təmsilçisi Qata Kamski 2-ci, İsrail nümayəndəsi İlya Smirin isə 3-cü yer üçün təsis olunmuş mükafata sahib olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar