Baku Firesin heyətində döyüşəcək boksçuların adları açıqlanıb
08 Dekabr 2010 Çərşənbə 15:20
Təmsilçimiz “Sərhədçi” İdman Olimpiya Mərkəzində görüş keçirəcək
WSB liqasında (Dünya Boks Seriyası) mübarizə aparan “Baku Fires” növbəti görüşünə hazırlaşır. Dekabrın 11-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək qarşılaşmada boksçularımızın budəfəki rəqibi Cənubi Koreyanın “İncheon Red Wings” klubu olacaq.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qaydalara uyğun olaraq, çəki prosesinə 3 gün qalmış hər iki komanda heyətini açıqlayıb.
Komandamızın heyətində mübarizə aparacaq boksçuların adlarını sizə təqdim edirik:
54 kq
Məhəmməd Abdulhəmidov (Baku Fires) - Ju Seonq Kim (İncheon Red Wings),
61 kq
Romal Amanov (Baku Fires) – Bahadırjon Sultonov (İncheon Red Wings),
73 kq
Soltan Migitinov (Baku Fires) – Viktor Kontijuanski (İncheon Red Wings),
85 kq
Ramazan Maqomedov (Baku Fires) – Reece Papuni (İncheon Red Wings),
91+ kq
Beka Lobjanidze (Baku Fires) – Mixail Muntian (İncheon Red Wings),
Koreya komandasının heyətində yer alan boksçulardan 4-ü – Bahadırjon Sultonov (Özbəkistan), Viktor Kontijuanski (Moldova), Reece Papuni (Yeni Zenlandiya) və Mixail Muntian (Moldova)
legionerlərdir. Özbəkistanlı Sultonov 2007-ci ildə Milanda keçirilən Dünya çempionatının bürünc mükafatçısı olub.
Xatırladaq ki, “Baku Fires” WSB liqasında keçirdiyi hər iki görüşdə qələbə qazanıb. Konandamız əvvəlcə Bakıda Pekin boksçularını 5-0, daha sonra isə səfərdə “Astana Arlans” klubunu 4:1 hesabı ilə məğlub etmişdi. İnçeon şəhərinin komandası isə hər iki görüşdə rəqiblərinə uduzub.
DOSTLARINLA PAYLAŞ: