“Baku Fires” zəfər yürüşünü davam etdirir
06 Fevral 2011 Bazar 01:40
Komandamız qazaxıstanlı boksçuları məğlub etdilər
Dünya üzrə Boks Seriyası (WSB) Liqasında mübarizə aparan Bakının “Baku Fires” klubu zəfər yürüşünü davam etdirməkdədir. Yarışların 8-ci turu çərçivəsində “Sərhədçi” Olimpiya İdman Mərkəzində Qazaxıstanın “Astana Arlans” klubunu qəbul edən komandamız rəqibini 5:0 hesabı ilə məğlub edib.

Komandamızın heyətində Tuqsoqot Nayambayarn (54 kq) Mirjan Rahimjanovu, Koba Pxakadze (61 kq) Yerjan Mussafirovu, Soltan Migitinov (73 kq) Salyam Kanatlanı, Rizvan Əlimuradov (85 kq) Marat Moldageyevi, Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) isə Sərdor Abdullayevi məğlub edib.

“Baku Fires” klubu WSB Liqasında məğlub olmayan yeganə komandadır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar