Baku Fires yarışa qələbə ilə başladı
18 Noyabr 2012 Bazar 15:10
Azərbaycan boksçularının Argentinanı 5:0 məğlub ediblər.
Ümumdünya Boks Seriyası (WSB) Liqası yarışlarının 1-ci turu çərçivəsində Azərbaycanın “Baku Fires” və Argentinanın “Argentina Condors” klubları üz-üzə gəlib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda Qairbek Qermaxanov (54 kq, Azərbaycan) Alberto Ezequiel Melian (Argentina) ilə, Albert Səlimov (61 kq) İqnasio Perrinlə, Heybulla Mürsəlov (73 kq) Xuan Valesko ilə, Ramazan Məhəmmədov (85 kq) Facundo Nahuel Simalla və Hacı Murtuzəliyev (91 kq-dan yuxarı) Maksimiliano Alexandro Sosa ilə qarşılaşıb.
Meydan sahiblərinin üstünlüyü şəraitində keçən yarış Azərbaycan boksçularının 5:0 hesablı qələbəsi ilə başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar