"Baku Fires" şikayət edib
18 Fevral 2011 Cümə 16:53
Rizvan Gənciyev: "Qazaxlar məğlubiyyətlə barışmaq istəmir"
“Baku Fires” peşəkar boks klubunun meneceri Rizvan Gənciyev Qazaxıstan mətbuatında “Astana Arlans”ın baş meneceri Bolat Mankenovun “Bakıda bizə qarşı ədalətsizlik oldu. Nizam-intizam Komitəsinə müraciət etmişik” fikrinə münasibət bildirib. ANS PRESS-in Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, Gənciyev bütün bunların əsassız oldugunu və komandamızın rəqibdən güclü olduğunu qeyd edib: “İndiyədək 3 dəfə onlarla görüşmüşük, hər dəfə də qələbə bizim tərəfimizdə olub. Qazaxlar məğlubiyyətlə barışmaq istəmirlər. Onlar anlayıblar ki, pley-off mərhələsindən kənarda qala bilərlər, ona görə də belə yollara əl atırlar. Fevralın 24-də Lozannada WSB-nin bununla bağlı qərarı açıqlanacaq. İnanırıq ki, Nizam-İntizam Komitəsi məsələyə obyektiv qiymət verəcək”.

Qeyd edək ki, fevralın 24-də “Baku Fires” komandasının da şikayətinə baxılacaq. Belə ki, yanvarın 29-da Makao şəhərində keçirilmiş döyüşdə komandamız “Beijing Dragons” klubunu 3:2 hesabı ilə məğlub etmişdi. Gənciyevin fikrincə, həmin döyüşdə komandamızın 2 boksçusuna qarşı ədalətsizlik olmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar