Baku Fires növbəti döyüşünü keçirir
18 Dekabr 2010 Şənbə 10:35
Budəfəki rəqib Cənubi Koreyanın “Incheon Red Wings” klubudur
Dünya Boks Seriyası (WSB) liqasında mübarizə aparan “Baku Fires” klubu bu gün növbəti görüşünü keçirəcək. Azərbaycan Boks Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, komandamızın budəfəki rəqibi Cənubi Koreyanın “Incheon Red Wings” klubu olacaq. Görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq. Döyüşlərdə üz-üzə gələcək boksçuların adlarını nəzərinizə çatdırırıq:

54 kq Rəhim Nəcəfov – Lukaş Adam Maşçuk,
61 kq Koba Pxakadze – Doja Li,
73 kq Osman Əliyev – Kyuçeol Li,
85 kq Denis Poyatska - Abdelxafid Bençab,
91+ kq Məhəmmədrəsul Məcidov – Rüstəm Saidov.

Rəqib komandanın heyətində olan boksçulardan 3-ü legionerdir. Bunlar Maşçuk (Polşa), Bençabla (Əlcəzair) və Səidovdur (Özbəkistan).

Xatırladaq ki, dekabrın 11-də keçirilən görüşdə “Baku Fires” Cənubi Koreya klubunu 4-1 hesabı ilə məglub etmişdi. Komandamız qrupda keçirdiyi hər 3 görüşdə qələbə qazanaraq liderlik mövqeyini ələ keçirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar