Baku Fires klubu növbəti qələbəsini qazandı
10 Aprel 2011 Bazar 01:02
Baku Fires klubu növbəti qələbəsini qazandı. Cavab qarşılaşması aprelin 15-də Fransada keçiriləcək.
Aprelin 9-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycanın “Baku Fires” boks klubu WSB liqasının yarımfinal görüşündə Fransanın “Paris United” klubu ilə qarşılaşıb. Gərgin idman şəraitində davam edən oyun 4:1 Bakı təmsilçilərinin xeyrinə başa çatıb. Anspress



54 kiloqram çəki dərəcəsində Maqomed Əbdülhəmidov (“Baku Fires”) - Georgi Kilinavayla (“Paris United”), 61 kiloqramda Semyon Qrivaçev - Əbdülqədir Çadi ilə, 73 kiloqramda Maqomed Nuritdinov - Stefan Kevasla, 85 kiloqramda Denis Poyatsıka - Lüdovik Qroqla, 91 kiloqramdan yuxarı çəki dərəcəsində isə Məhəmmədrəsul Məcidov - Toni Yoka ilə mübarizə aparıb. Azərbaycan boksçularından yalnız 85 kiloqramda rinqə çixan Denis Poyatsıka məğlub olub.

“Baku Fires” - “Paris United” komandalarının cavab qarşılaşması aprelin 15-də Fransada keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar