“Baku Fires”in qələbəsi fotolarda
11 Aprel 2011 Bazar Ertəsi 11:12
Peşəkar boks klubumuz “Paris United”i sıradan çıxarıb
“Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycanın “Baku Fires” boks klubu WSB liqasının yarımfinal görüşündə Fransanın “Paris United” klubu ilə qarşılaşıb. Azərbaycan Boks Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, gərgin idman şəraitində davam edən oyun 4:1 Bakı təmsilçilərinin xeyrinə başa çatıb.
54 kiloqram çəki dərəcəsində Maqomed Əbdülhəmidov (“Baku Fires”) - Georgi Kilinavayla (“Paris United”), 61 kiloqramda Semyon Qrivaçev - Əbdülqədir Çadi ilə, 73 kiloqramda Maqomed Nuritdinov - Stefan Kevasla, 85 kiloqramda Denis Poyatsıka - Lüdovik Qroqla, 91 kiloqramdan yuxarı çəki dərəcəsində isə Məhəmmədrəsul Məcidov - Toni Yoka ilə mübarizə aparıb. Azərbaycan boksçularından yalnız 85 kiloqramda rinqə çixan Denis Poyatsıka məğlub olub.
“Baku Fires” - “Paris United” komandalarının cavab qarşılaşması aprelin 15-də Fransada keçiriləcək. Qarşılaşma Parisin Palais Des Sports Marcel Cerdan kompleksində baş tutacaq.
“Baku Fires”in qələbəsi fotolarda
DOSTLARINLA PAYLAŞ: