Baku Fires ilk dəfə uduzdu
24 Fevral 2013 Bazar 08:35
Baku Fires "Mexico Guerreros"a 0:5 hesabı ilə məğlub olub.
Dünya Boks Seriyası (WSB) Liqasının növbəti turu çərçivəsində Azərbaycanın “Baku Fires” komandası Meksikanın “Mexico Guerreros” kollektivi ilə qarşılaşıb. ANS PRESS-in məlumatına görə, komandamız bu görüşdə ilk dəfə məğlubiyyətlə üzləşib.

Bu görüşə qədər qələbələri sıralayan təmsilçimiz meksikalılara böyük hesabla uduzub – 0:5.

Amma buna baxmayaraq, komandamız hələ də liderliyini qoruyur.

Turnir cədvəlindəki son vəziyyət: Baku Fires – 24 xal, Mexico Guerreros – 19, Poland Hussars – 12, Argentina Condors – 6, Russia Boxing Team – 6, Desert Hawks – 6.




DOSTLARINLA PAYLAŞ:

oyunlar