Baku Fires Fransada böyük hesabla məğlub oldu
16 Aprel 2011 Şənbə 02:40
Baku Fires klubu WSB liqasına vəsiqə qazana bilmədi.
“Baku Fires” boks klubu WSB liqasının yarımfinal mərhələsinin cavab görüşündə böyük hesablı məğlubiyyətə uğrayıb. Boksçularımız Bakıdakı ilk qarşılaşmada 4:1 hesabı ilə qalib gəlsələr də, Fransada 0:5 hesabı ilə məğlub olublar. Beləliklə, fransızlar finala vəsiqə əldə ediblər. “Baku Fires” isə turnirdəki çıxışını dayandırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar