“Baku Fires”ə revanş şansı
24 Fevral 2011 Cümə Axşamı 12:16
Peşəkar boks klubumuz Seulda döyüşə çıxır
Həftəsonu WSB liqasında 10-cu turun oyunları keçiriləcək. “Baku Fires” klubu fevralın 26-da Seulun Təhsil və Mədəniyyət Mərkəzində Cənubi Koreyanın “Pohang Poseidons” komandası ilə üz-üz gələcək.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlinin ANS PRESS-ə verdiyi məlumata görə, reqlamentə uyğun olaraq görüşdən 3 gün öncə hər iki klubun heyəti açıqlanıb. Səfər qarşılaşmasında “Baku Fires”in heyətində WSB liqasında 61 kq çəki dərəcəsində Heybətulla Hacəliyev debüt edəcək.

Bu yaxınlarda Macarıstanda keçirilmiş beynəlxalq turnirdə bürünc medal qazanmış Hacəliyev Jonqsub Baiklə döyüşəcək. Şənbə günü “Pohang Poseidons”un heyətində 2 legioner rinqə çıxacaq. Bunlar 85 kq çəki dərəcəsində özbəkistanlı Ahrorbek Qurbonov və 91+kq çəki dərəcəsində moldovalı Mixail Muntiandır.

Qeyd edək ki, komandamız 9 turdan sonra 25 xalla qrupun vahid lideridir. Komandamız ötən həftə “Pohang Poseidons” klubu ilə görüşdə məğlub olmuşdu. Rəqibimiz 9 xalla qrupda 3-cü yeri tutur.
54 kq
Donqsik Seo (Pohang Poseidons) – Tuqstsoqt Nyambayar (Baku Fires, Monqolustan)
61 kq
Jonqsub Baik – Heybətulla Hacəliyev
73 kq
Kyuçeol Lii – Soltan Migitinov
85 kq
Ahrorbek Qurbonov (Özbəkistan) – Ramazan Maqomedov
91+kq
Mixail Muntian (Moldova) – Məhəmmədrəsul Məcidov





DOSTLARINLA PAYLAŞ:

oyunlar