"Baku Fires"də məşhur döyüşçü debüt edir
16 Mart 2011 Çərşənbə 16:26
Komandamız WSB liqasının qrup mərhələsində sonuncu görüşünü martın 19-da “Beijing Dragons”a qarşı keçirəcək
“Baku Fires” boks klubu WSB liqasının qrup mərhələsində sonuncu görüşünü martın 19-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Beijing Dragons”a qarşı keçirəcək. Azərbaycan Boks Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, artıq hər iki komandanın heyəti məlumdur. Bu görüşdə komandamızın heyətində dünyaca məhşur, qaydasız döyüş yarışlarında iştirak etmiş Sergey Xaritonov debüt edəcək. Onun rəqibi qanalı boksçu Avusone Yekeni olacaq.

Digər idmançılarımızın rəqibləri isə Çin boksçularıdır. 54 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Əbdulhəmidov He Jiveylə üz-üzə gələcək.

54 kq

Məhəmməd Əbdülhəmidov (Baku Fires) – He Jivei (Beijing Dragons)

61 kq

Semyon Qrivaçyov – Fanq Lei

73 kq

Məhəmməd Nuridinov – Liu Vei

85 kq

Ramazan Məhəmmədov – Janq Vei

91+kq

Sergey Xaritonov – Avusone Yekeni

İndiyədək “Baku Fires” və “Beijing Dragons” klubları 3 dəfə qarşılaşıb və bütün görüşlərdə komandamız qələbə qazanıb. “Baku Fires” 28 xalla qrupun lideridir. 26 xalı olan “Astana Arlans” 2-ci pillədədir. Komandamız qrup mərhələsinin son görüşündə Çin klubunu məğlub etsə, 1-ci yeri özünə təmin edəcək. “Astana Arlans” isə ən yaxşı nəticəyə malik 2-ci komanda kimi yarımfinala çıxa biləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar