"Baku Fires" "Astana Arlans"ın qonağı olacaq
25 Noyabr 2010 Cümə Axşamı 21:25
Qazaxıstanda WSB yarışlarının ikinci mərhələsi keçiriləcək
Noyabrın 27-də Qazaxıstanda Dünya üzrə Boks Seriyası (WSB) yarışlarının ikinci mərhələsi çərçivəsində Azərbaycanın “Baku Fires” komandası “Astana Arlans” kollektivinin qonağı olacaq. ANS PRESS-in məlumatına görə, yarışda ölkəmizi Rəhim Nəcəfov (54 kq), Koba Pxakadze (61 kq), Məhəmməd Nuritdinov (73 kq), Denis Poyatska (85 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) təmsil edəcək.

Xatırladaq ki, “Baku Fires” ilk görüşündə Çinin “Beijing Dragons” komandasını 5:0 hesabı ilə məğlub edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar