Baku Fires ardıcıl beşinci qələbəsini qazandı
18 Dekabr 2011 Bazar 11:59
Peşəkar boks klubumuz Baku Fires bununla “B” qrupunda şəriksiz liderliyini qoruyub.
“Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) V turun matçında Azərbaycanın “Baku Fires” və Meksikanın “Mexico City Guerreros” komandaları qarşılaşıb. ANS PRESS-in məlumatına görə, “Baku Fires” klubu 5:0 hesabı ilə rəqibini darmadağın edərək “B” qrupunda şəriksiz liderliyini qoruyub.
Döyüşlərin nəticələri:
Baku Fires – Mexico City Guerreros – 5:0
54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Aaron Alameda (Meksika) – 49:46, 46:49, 49:46
61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Xurşıd Tocibayev (Özbəkistan) – 48:47, 47:48, 49:46
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Uilyam Uilyams (ABŞ) – Mürsəlov 3-cü raundda texniki nokautla qələbə qazanıb
85 kq. Azamat Murtuzəliyev (Azərbaycan) – Kennedi Katende (İsveç) – 48:47, 48:47, 47:48
+91 kq. Hacı Murtuzəliyev (Azərbaycan) – Xorxe Kuinonyes (Ekvador) – Kuinonyesa Bakıya gec gəldiyinə görə məğlubiyyət verilib
Baku Fires növbəti matçını yanvarın 14-də Çində keçirəcək. Rəqib yerli “Beijing Dragons” klubu olacaq.
Dünən qrupumuzda daha iki matç baş tutub: “Istanbul Bosphorus” (Türkiyə) – “Beijing Dragons” (Çin) – 4:1, “Leipzig Leopards” (Almaniya) – “Paris United” (Fransa) – 2:3.
Turnir cədvəli:
1. Baku Fires – 15 xal, döyüşlərin fərqi - 21-4 (5 matç)
2. Leipzig Leopards – 10, 15-10 (5)
3. Mexico City Guerreros – 7, 11-13 (5)
4. Paris United – 7, 8-11 (4)
5. Istanbul Bosphorus – 5, 10-15 (5)
6. Beijing Dragons – 3, 4-16 (4)
DOSTLARINLA PAYLAŞ: