Baku Cup tennis turnirinin iştirakçıları müəyyən edilib
11 İyul 2011 Bazar Ertəsi 22:42
Yarışda Azərbaycanı on altı yaşlı Kamilla Fərhad təmsil edəcək.
İyul ayının üçüncü həftəsində Bakıda WTA International beynəlxalq tennis turniri keçiriləcək. Yarışda Azərbaycanı on altı yaşlı Kamilla Fərhad təmsil edəcək.

Turnirin iştirakçıları sırasına Anastasiya Pavlyuçenkova, Vera Zvonaryova, Yekaterina Makarova, Yelena Vesnina (hamısı – Rusiya), Sanya Mirzə (İngiltərə), Boyana Yovanovski (Serbiya), Yelena Dokiç (Avstraliya), Yelena Baltaça (Britaniya), Lurdes Dominqes-Lino, Arança Parra-Santonxa (hər ikisi - İspaniya), Alberta Brianti (İtaliya), Aravan Rezai (Fransa) və Yaroslava Şvedova (Qazaxıstan) daxildir.

Azərbaycan paytaxtında ilk dəfə keçirilən beynəlxalq “Baku Cup” turniri iyulun 16-dan 24-dək davam edəcək. Turnirin mükafat fondu 220 min ABŞ dollarıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar