Baku Cup-2010 turniri sabah yekunlaşacaq
19 Fevral 2010 Cümə 21:50
Baku Cup-2010 turnirində Rumın və holland tennis cütü Bakıda birinci olub.
Bakı Tennis Akademiyasında “Baku Cup-2010” beynəlxalq turniri çərçivəsində “Baku Cup-1” yarışları davam edir. 15 min Amerika dolları mükfat fondu olan turnirin şəxsi yarışlarında finalçılar bugün müəyyənləşib. Cütlərin mübarizəsində isə qaliblər artıq məlumdur.

Yalnız kişilərin mübarizə apardığı Bakı kuboku uğrunda tennis turnirinin qoşa yarışların həlledici görüşündə rumın Petru Aleksandru və holland Metyu Midelkor dueti çinlilər Qonq Mao Xinlə Li Zi cütünə qalib gəlib.

Baxmayaraq ki, ilk set çin tennisçilərinin üstünlüyü ilə yekunlaşıb. 1-ci partiyada tay-breykdə məğlub olmuş Alenksandru və Midelkor sonradan oyunda dönüş yarada bilib. Nəticədə, Alenksandru və Midelkor dueti Bakı kuboku turnirinin qalibi adını qazanıb.

Turnirin şəxsi yarışlarının həlledici görüşündə isə polşalı Yerji Yanoviçlə Belarus tennisiçsi Serqey Betau üz-üzə gələcək. Belarus tennisçisi yarımfinalda rusiyalı Mixail Ledovskixlə qarşılaşıb. Bu idmançıların duelində ilk set gərginliyi ilə seçilib. Başa-baş mübarizənin sonunda Betau qələbə qazanıb. Belarus təmsilçisi ikinci partiyada daha rahat oynayıb. Rəqibini iki setdə məğlub etmiş Betau finala adlayıb.

Finalın digər iştirakçısı Polşalı Yerji Yanoviç isə isveçli Ervin Eleskoviçi mübarizədən kənarda qoyub. Bakı turnirində ən reytinqli tennisçilərdən olan polşalı ilk setdə rəqibinə 3 qeym verib. İsveç təmsilçisi ikinci torda özünə gəlsə də, onun gücü yalnız 4 qeymə çatıb. 4-6. Nəticədə iki setdə qələbə qazanmış polşalı Yerji Yanoviç finala adlayıb. Turnirin final matçı sabah keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar