Bakıdakı “Qarabağ”-“Visla” oyununu türkiyəli hakim idarə edəcək
24 İyul 2010 Şənbə 00:40
Avqustun 5-dəki qarşılaşma Türkiyənin məşhur hakimlərindən olan Bülend Yıldırıma tapşırılıb.
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ” klubunun Polşanın “Visla” komandasına qarşı oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Polşadakı oyunu norveçli Toam Harahl Haqen, Bakıdakı qarşılaşmanı isə türkiyəli Bülənd Yıldırım idarə edəcək.
Qarşılaşmaların başlama vaxtları da müəyyən edilib. Krakovdakı oyun iyulun 29-da saat 23.00-də, Bakıdakı qarşılaşma isə avqustun 5-də saat 21.00-də başlayacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: