Velosipedçilər Heydər Əliyev mərkəzindən “Koroğlu” stansiyasınadək yarışacaqlar.
Bu gün Bakıda Heydər Əliyevin 90 illiyinə həsr olunmuş velosiped turu, “Tour de Azerbaijan” start götürüb. ANS PRESS-in verdiyi məlumata görə, turun ilk günündə velosipedçilər Heydər Əliyev mərkəzindən metronun “Koroğlu” stansiyasının yeləşdiyi əraziyədək olan məsafədə yarışacaqlar.
Xatırladaq ki, “Tour de Azerbaijan”da ümumilikdə 25 komanda birincilik uğrunda mübarizə aparır. Bunlardan 2-si klub, 6-sı yığma, 17-i kontinental komandadır. Hər komandanın heyətində 6 idmançı var.
Fotolar AzərTacındır