Bakıda “ulduz döyüşü” baş tutacaq
17 Dekabr 2010 Cümə 15:10
“Baku Fires”ın baş məşqçisi Kotov boks yarışının gələn il keçiriləcəyini bildirib
Ölkəmizdə gələn il “ulduzlar döyüşü” baş tutacaq. WSB (Ümumdünya Boks Seriyası) Liqasında mübarizə aparan “Baku Fires” klubunun baş məşqçisi Yevgeni Kotovun verdiyi məlumata görə, yarış may ayında baş tutacaq.

Yarışda azərbaycanlı boksçularla yanaşı legionerlərin də çıxış edəcəyi də gözlənilir. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yarışda “Baku Fires” klubunun üzvləri də iştirak edə bilər.

Xatırladaq ki, rusiyalı baş məşqçi Yevgeni Kotov yenicə “Baku Fires” klubuna təyinat alıb. Beynəlxalq dərəcəli idman ustası Kotovun ilkin məqsədi Azərbaycan boksçularına 2012-ci il London Yay Olimpiya Oyunlarına daha çox lisenziya qazandırmaqdan ibarət olacaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar