Bakıda taekvando üzrə Dünya Kuboku start götürüb
11 İyun 2009 Cümə Axşamı 11:05
Bakı İdman Sarayında keçirilən yarışda 6 qrupda 23 kişi və qadın komandaları mübarizə aparır

Bakı İdman Sarayında taekvondo üzrə Dünya Kuboku uğrunda yarışın startı verilib. Azərtac-ın xəbərinə görə, yarışda 6 qrupda 23 kişi və qadın komandaları mübarizə aparır. Azərbaycan yığması mübarizəyə günün ikinci yarısında qoşulacaq. İdmançılar 5 çəki dərəcəsi üzrə yarışırlar. Azərbaycan yığması qrupda Rusiya, İtaliya və Braziliya milli komandaları ilə qarşılaşacaq.

Qadınlardan ibarət yığma komandamızın rəqibi Braziliya və Yunanıstan komandaları olacaq. Qrupun qalibləri ¼ finala vəsiqə qazanacaqlar. Dünya Kubokuna iyunun 14-də yekun vurulacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar