Bakıda sərbəst güləş üzrə beynəlxalq turnir keçirilir
17 Yanvar 2010 Bazar 17:30
Yarışda Azərbaycanın idman şərəfini 42 pəhləvan qoruyur
Bakıda 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş turniri keçirilir. Hər il olduğu kimi bu dəfə də yeniyetmə güləşçilər döşək üzərində bacarıqlarını göstərir.

Sayca üçüncü olan beynəlxalq güləş turnirində bu dəfə mükafatlar uğrunda 7 ölkənin pəhləvanları mübarizə aparır. FİLA-nın mövcud qaydalarına əsasən keçirilən turnirdə yeniyetmə pəhləvanlar 10 çəki dərəcəsində yarışır.

Yarışda Azərbaycanın idman şərəfini 42 pəhləvan qoruyur.

Xatirə turnirinin mükafatlarına iddialı güləşçilər arasında İranın 16, Gürcüstanın 14, Rusiyanın 12, Özbəkistanın 9, Fransanın 4, Birləşmiş Ərəb Əmirliylərinin isə cəmi 1 idmançısı var. Ümumiliydə 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini 98 güləşçi yad edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar