Bakıda Qalatasaray futbol məktəbi açılır
06 Mart 2013 Çərşənbə 08:34
Qalatasaray futbol məktəbi aprelin 1-dən fəaliyyətə başlayacaq.
Türkiyənin “Qalatasaray” idman klubunun Bakıda futbol məktəbi açılacaq. ANS PRESS-in klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, “Qalatasaray Fateh Terimlə gənc aslanlarını arayır” adlanan layihə çərçivəsində Azərbaycanda “Qalatasaray”ın ilk futbol məktəbi açılacaq.

Məktəb aprelin 1-dən etibarən İbrahim Dadaşov küçəsində yerləşən Bakı Tennis Akademiyasında fəaliyyətə başlayacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar