Bakıda nüfuzlu turnir keçiriləcək
21 May 2010 Cümə 17:05
Qılıncoynatma yarışı Bakı İdman Sarayında baş tutacaq.
Bakıda daha bir beynəlxalq turnir keçiriləcək. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və
Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə mayın 22-si və 23-də “Baku Fencing Open Fie Satellite” turniri baş tutacaq. Yarış Bakı İdman Sarayında təşkil ediləcək. Qılıncoynatma yarışı Bakı İdman Sarayında keçiriləcək.

Azərbaycan Qılıncoynatma Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, yarışa qatılmaq üçün Rusiya, Almaniya, Gürcüstan və Özbəkistan idmançıları şəhərimizə gəliblər.

Yarışların ilk günündə idmançılar sablya və şpaqa növlərində qüvvələrini sınayacaqlar. ANSPRESS





DOSTLARINLA PAYLAŞ:

oyunlar