Bakıda mükafat fondu 220 min dollar olan turnir təşkil ediləcək
17 İyul 2012 Çərşənbə Axşamı 12:46
Bakı Tennis Akademiyasında qadınlar arasında WTA “Baku Cup-2012” turniri baş tutacaq.
Bakıda daha bir beynəlxalq turnir keçiriləcək. İyulun 21-28-də Bakı Tennis Akademiyasında qadınlar arasında WTA “Baku Cup-2012” turniri baş tutacaq. AzərTAc xəbər verir ki, əsas setkada 32 yüksək reytinqli tennisçi mübarizə aparacaq.
Turnirin mükafat fondu ötən il olduğu kimi bu il də 220 min ABŞ dollarıdır. Ötən il Vera Zvonaryova, Anastasiya Pavlyuçenkova, Aravane Rezai və digər ulduzların çıxış etdiyi “Baku Cup”da bu il də Kseniya Pervak, Anna Tatişvili, Katerina Bondarenko kimi məşhur tennisçilər mübarizə aparacaq.
Ölkəmizi isə “Baku Cup-2011”də olduğu kimi gənc tennisçimiz Kamilla Fərhad təmsil edəcək.
Oyunlar Bakı Tennis Akademiyasının 4 kortunda keçiriləcək. Final oyunu isə iyulun 28-də 3 min tamaşaçı tutumuna malik Mərkəzi Kortda keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: