Bakıda müasir stadion istifadəyə verilir
11 İyul 2012 Çərşənbə 11:26
“20-ci sahə” qəsəbəsində iyul-avqust aylarında yeni stadionun açılışı gözlənilir.
Bakının “20-ci sahə” qəsəbəsində iyul-avqust aylarında yeni stadionun açılışı gözlənilir. Day.az saytının məlumatına görə, bu barədə AFFA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mikayıl Nərimanoğlu bildirib.

Onun sözlərinə görə, stadionun tikintisi artıq başa çatıb.

"Stadion beynəlxalq standartara tam cavab verir. Burada 3200 nəfərlik oturacaqlar quraşdırılıb. Futbolçular üçün bütün lazımi şərait yaradılıb", - deyə o əlavə edib.







DOSTLARINLA PAYLAŞ:

oyunlar