Bakıda meydana çıxan futbolçu Mourinyonun xoşuna gəlib
08 Dekabr 2010 Çərşənbə 17:30
"Real"ın baş məşqçisi Nuri Şahini sərəncamında görmək istəyir
“Real” klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo Türkiyə yığmasının üzvü Nuri Şahini sərəncamında görmək istəyir. “Borussiya” (Dortmund) klubunun üzvü Nuri Şahin üçün tələb etdiyi 15 milyon avronu ödəyərək “Real” futbolçunu İspaniyaya gətirməyi planlaşdırır.

Nuri Şahini heyətinə qatmaq üçün “Real”dan başqa İtaliyanın “İnter”, İngiltərənin “Liverpul” və Almaniyanın “Bavariya” klubları da mübarizə aparır.

Xartırladaq ki, Nuri Şahin Avroliqanın pley-off mərhələsi çərçivəsində Bakıda baş tutmuş "Qarabağ" - “Borussiya” oyununda meydana çıxmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar