Bakıda Master Cup turnirinə start verilir
12 İyul 2012 Cümə Axşamı 11:07
Bakıda Master Cup turnirinə start verilir. Beynəlxalq atçılıq turnirinin ümumi mükafat fondu 9500 avrodur.
İyulun 13-dən 15-nədək Binə Atçılıq Mərkəzində CSİ-1* -W kateqoriyalı "Master Cup” beynəlxalq atçılıq turniri keçiriləcək. Azərbaycan Respublikası Atçılıq Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, atçılığın konkur növü üzrə yarışda Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, İran, Polşa, Türkiyə və Almaniya təmsilçiləri də iştrak edəcəklər.

Turnirdə ümumilikdə 19 çapar əv 39 at mübarizə aparacaq. Beynəlxalq turniri idarə edəcək hakimlər briqadası Qazaxıstan, İran və Türkiyədən dəvət olunub. 3 gün davam edəcək yarışlar saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Master Cup” beynəlxalq turnirinin ümumi mükafat fondu 9500 avrodur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar