Bakıda "Mahir nişançı" turniri keçiriləcək
23 Fevral 2010 Çərşənbə Axşamı 15:40
"Mahir nişançı" turniri Xocalı faciəsinin ildönümü münasibəti ilə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilib
Gənclər və İdman Nazirliyi Xocalı faciəsinin ildönümü münasibəti ilə respublikanın ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında "Mahir nişançı" güllə atıcılığı üzrə turnir keçirəcək. Tədbirin keçirilməsində əsas məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etməkdir.
Gənclər və İdman Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, turnir 24 fevral saat 10.00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutacaq.
Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələri ilə yanaşı, Sumqayıt və Lənkəran şəhərlərindən olan ali təhsil müəssisələrinin komandaları da iştirak edəcəklər. Ümumilikdə turnirə 22 ali təhsil müəssisəsinin komandası qatılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: