Bakıda "Günay" kuboku keçiriləcək
19 Avqust 2010 Cümə Axşamı 16:05
Konkur üzrə yarışın ümumi mükafat fondu 5 min manat olacaq.
Sabah Bakı Dövlət Cıdır Meydanında cıdır, konkur və milli oyunumuz olan çövkən yarışları keçiriləcək. Azərbaycan Respublikası Atçılıq Federasiyasından ANS PRESS-ə verillən məlumata görə, sabah çövkən üzrə yarışlara start veriləcək. İkinci dəfə baş tutacaq birincilikdə Ağdam, Ağstafa, Şəki və “Sərhədçi” klubunun çaparları qüvvələrini sınayacaq.

Bu növdə finalçılar müəyyənləşdikdən sonra cıdır yarışları keçiriləcək. 8 kateqoriya üzrə təşkil ediləcək birincilikdə hər kateqoriyaya uyğun müxtəlif cıdır məsafələri olacaq. Bu cıdır yarışlarında jokeylər öz məharətini Qarabağ, Dilbaz, İngilis və Ərəb cins atlarında göstərəcək. Yarışda ümumi olaraq 50 at və 20 jokeyin iştirakı nəzərdə tutulur. Cıdır yarışının ümumi mükafat fondu 8 min manat təşkil edəcək.

Yarışın ikinci günü çövkən yarışının üçüncü yer uğrunda oyunu ilə bərabər final oyunu və konkur üzrə “Günay” kuboku keçiriləcək. Bu yarışda maksimal maneə hündürlüyü 135 sm təşkil edəcək. Turnirdə “Atçılıq Məktəbi”, “Sərhədçi”, “Günay”, “Murad” atçılıq klubları mübarizə aparacaqlar. Bu yarışın isə ümumi mükafat fondu 5 min manat təşkil edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar