Bakıda güləş turniri keçiriləcək
20 Aprel 2009 Bazar Ertəsi 16:30
Aprelin 25-dən 28-dək davam edəcək yarışda 13 ölkədən 200-dən artıq idmançı mübarizə aparacaq

 

Aprelin 25-də Bakıda sərbəst və yunan-roma güləşi üzrə yeniyetmə və gənclər arasında “AGF KUBOKU” uğrunda beynəlxalq turnir start götürəcək. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, aprelin 28-dək davam edəcək yarışda 13 ölkənin 200-dən artıq idmançısı qüvvəsini sınayacaq.

“AGF KUBOKU” beynəlxalq turnirinin proqramını diqqətinizə çatdırırıq:

25 aprel (yunan-roma güləşi, yeniyetmələr - 42 – 46 – 50 – 54 – 58 – 63 – 69 – 76 – 85 – 100 kq )

10:00 – 14:00 ilkin görüşlər
17:00 – 17:30 açılış mərasimi
17:30 – 20:00 təsəlliverici və final görüşləri

26 aprel (yunan-roma güləşi, gənclər – 50 – 55 – 60 – 66 – 74 – 84 – 96 – 120 kq)

10:00 – 14:00 ilkin görüşlər
17:00 – 20:00 təsəlliverici və final görüşləri

27 aprel (sərbəst güləş, yeniyetmələr - 42 – 46 – 50 – 54 – 58 – 63 – 69 – 76 – 85 – 100 kq )

10:00 – 14:00 ilkin görüşlər
17:00 – 20:00 təsəlliverici və final görüşləri

28 aprel (sərbəst güləş gənclər – 50 – 55 – 60 – 66 – 74 – 84 – 96 – 120 kq)

10:00 – 14:00 ilkin görüşlər
17:00 – 20:00 təsəlliverici və final görüşləri

Qeyd edək ki, “AGF KUBOKU” uğrunda beynəlxalq turnir Bakı İdman Sarayında keçiriləcək. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar