Bakıda gimnastlar mübarizəyə başladılar
09 Noyabr 2010 Çərşənbə Axşamı 16:05
Bakıda gimnastlar mübarizəyə başladılar. Turnirin ilk günü çoxnövçülük üzrə yarış keçiriləcək.
Bu gün bədii gimnastika üzrə XVII Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib.
Yarışda Bakı Gimnastika Məktəbinin, Respublika Kompleks İdman Məktəbinin, “Neftçi”, “Təhsil”, “Spartak”, “Sərhədçi”, “Zirvə” komandalarının nümayəndələri, Gəncə idmançıları ilə yanaşı Gürcüstan, Rusiya, Özbəkistan və Ukraynanın gənc gimnastları da çıxış edirlər.
6 yaş qrupu üzrə keçirilən turnirin ilk günü 2000-2002-ci il təvəllüdlü gimnastlar çoxnövçülükdə mübarizə aparırlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: