Bakıda FİFA və UEFA prezidentləri iştirakı ilə stadionun açılışı olub
06 İyun 2011 Bazar Ertəsi 11:42
Mərdəkanda inşa olunmuş AFFA Futbol Mərkəzində “Dalğa Arena”nın və yardımçı meydanın açılış mərasimi keçirilib
Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə nəzərdə tutulan tədbirlərə start verilib. AFFA tərəfindən Mərdəkanda inşa olunmuş AFFA Futbol Mərkəzində “Dalğa Arena”nın və yardımçı meydanın açılış mərasimi keçirilib.

Ölkəmizə səfərə gələn FİFA və UEFA prezidentləri Yozef Blatterlə Mişel Platini AFFA prezidenti Rövnəq Abdullayevlə birgə açılış mərasimində iştirak ediblər.

FİFA, UEFA və AFFA prezidentləri stadionun açılışından sonra ərazini gəzib, əsas meydana baxış keçiriblər. Onlar meydanın mərkəzində üzərində FİFA, UEFA, AFFA-nın emblemləri olan şarları havaya buraxıblar.

Daha sonra Blatterlə Platini meydanda olan 17 yaşlı qızlardan ibarət yığma komandamızın üzvləri ilə görüşüblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar