Bakıda ermənilərin döyüşü oldu
28 Aprel 2010 Çərşənbə 10:15
Boks üzrə dünya çempionatında Artur Kiridjan həmyerlisi ilə görüşüb.
Bakıda gənc boksçuların dünya çempionatı davam edir. Yarışda erməni boksçuları da mübarizə aparırlar. Ancaq onların dünya çempionatındakı çıxışları uğursuzluqla nəticələnib.
Yarışda iştirak edən 6 erməni boksçudan 3-ü artıq yarışların ilkin mərhələsində mübarizəni dayandırıb. 48 kq-da yarışan Koryun Soqomonyan Qazaxıstan, Hovanes Baçkov Latviya, Karen Topakanyan isə ingiltərəli həmkarına uduzaraq yarışdan kənarlaşıblar.
Mübarizəni davam etdirən erməni boksçular arasında ilkin mərhələni yalnız bir boksçu uğurla adlayıb. Artur Kiridjan (64 kq) dünya çempionatında Almaniyanı təmsil edən erməni əsilli Araik Marutyana qalib gələ bilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: