Bakıda dünya çempionatı keçirilir
25 Aprel 2010 Bazar 16:30
Boks üzrə dünya çempionatında 96 ölkədən 500 idmançı iştirak edir.
Aprelin 25-də Bakıda “Sərhədçi” Olimpiya İdman Mərkəzində gənclər arasında boks üzrə dünya çempionatı başlayıb. Çempionatda 96 ölkədən 500 idmançı iştirak edir.

Yarışda boksçular 11 çəki dərəcəsində mübarizə aparacaq.

Dünya birinciliyində Azərbaycanı Salman Əlizadə (48 kq), Şaban Şahpələngov (51kq), Elnur Zeynalov (54 kq), Elvin İsayev (57 kq), Coşqun Əliyev (60 kq), Tamerlan Abdullayev (64 kq), Emil Əhmədov (69 kq), Vətən Hüseynli (75 kq), Teymur Məmmədov (81 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Fərqan Ömərov (91 kq-dan yuxarı) təmsil edir.

Qeyd edək ki, Bakı çempionatı 2010-cu ildə Sinqapurda keçiriləcək gənclər arasında birinci Olimpiya oyunlarına vəsiqə qazanmaq üçün yeganə lisenziyalı turnirdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar