Bakıda dünya çempionatı keçiriləcək
22 Mart 2010 Bazar Ertəsi 20:05
Artıq bununla bağlı Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ilə danışıqlar aparılıb
Azərbaycan gənclər, kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə dünya çempionatlarına ev sahibliyi etmək niyyətindədir. Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, bununla bağlı Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanla danışıqlar aparılıb.

Danışıqlar nəticəsində Bakıda 2011-ci ildə gənclər, 2014-cü ildə isə kişilər və qadınlar arasında dünya çempionatlarının keçirilməsi barədə ilkin razılıq əldə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar