Bakıda cıdır yarılşları keçirilib
18 İyul 2010 Bazar 00:45
Bakıda cıdır yarılşları keçirilib. Yarışlarda əlli at və iyirmi jokey iştirak edib.
Ötən gün Bakı Dövlət Cıdır Meydanında Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə cıdır yarışları keçirilib. Yarışlarının səkkiz kateqoriya üzrə qalibləri müəyyənləşib. Cıdır yarışlarında jokeylər öz məharətlərini Qarabağ, Dilboz, İngilis və Ərəb cins atlarında göstəriblər.

İki yaşlı İngilis cins atların yarışında birinci yeri “Baron” ləqəbli atla Camal Rəhimov tutub. Ramiz İbrahimov “Kapella” ləqəbli atla 2-ci, Kamran Hüseynov isə “Beauty” ləqəbli atla 3-cü olub.

İki yaşlı Qarabağ və Dilboz atlarının mübarizəsində fəxri kürsünün ən yüksək pilləsinə “Püstə” ləqəbli atla Rauf Tahirov qalxıb. Sonrakı pillələrdə “Elva” ləqəbli atla Əli Rzayev və “Apollon-2” ləqəbli atla Zaur Tahirov qərarlaşıblar. Üç yaşlı Qarabağ və Dilboz atlarının yarışmasında “Fisma” ləqəbli atla Rauf Tahirov qalib gəlmişdir. İkinci yeri “Arxalı” ləqəbli atla Ramiz Həsənov, 3-cü yeri “Zeytun” ləqəbli atla Şamil Əhmədov tutublar.

Üç yaşlı Qarabağ və Dilboz atlarının digər yarışında “Apollon” ləqəbli atla Ramiz İbrahimov qalib gəlib. Jokey Əli Rzayev “Lyuks” ləqəbli atla 2-ci, “Ərzurum” ləqəbli atla Rauf Tahirov isə 3-cü olub.

Yarış əlli at və iyirmi jokeyin iştirakı ilə keçirilib. Cıdır yarışının ümumi mükafat fondu 8 min manat təşkil edib. Yarışda tamaşaçı kimi iştirak edənlərə pulsuz olaraq uduşlu biletlər paylanılıb və qalib tamaşaçılara qiymətli hədiyələr verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar