Bakıda bodibildinq üzrə Dünya çempionatı keçiriləcək
31 Dekabr 2009 Cümə Axşamı 16:10
Bodibildinq üzrə mundiala vəsiqə qazanan həmyerlilərimiz məlum olub
Bakıda bodibildinq üzrə Dünya çempionatı keçiriləcək. Artıq 2010-cu ilin noyabr ayında ölkəmizi mundialda təmsil edəcək idmançıların kimliyinə aydınlıq gəlib.

60 kq çəkidə Teymur Aslanov, Anatolu Məsimov 65 kq-da, 70 kq çəki dərəcəsində Fərhad Quliyev, Yalçın Məmmədov 75, Bəhnam Yusifi 80 kq-da mübarizə aparacaq.

Dünya çempionatında yarışacaq digər bodibildinqçilərimiz isə 90 kq çəkidə Vüqar Verdiyev, Məhəmməd Paşayi və Rövşən Quliyev, 100 kq-da Həmid Reza Keşani, 100 kq.-dan yuxarı çəkidə isə Leonid İstomin olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar