Bakıda bodibildinq üzrə Dünya çempionatı başa çatıb
08 Noyabr 2010 Bazar Ertəsi 10:35
Yarışda təmsilçilərimiz də medal qazanıblar.
Bakıda keçirilən bodidildinq üzrə Dünya çempionatına yekun vurulub. 9 çəki dərəcəsində keçirilən yarışın qalib və mükafatçıları 63 ölkə təmsilçisinin mübarizəsində məlum olub. Yarışda Azərbaycan idmançıları Həmid Reza Kəşani (90 kq) gümüş, Vüqar Verdiyev (85 kq) və Əhməd Əlverdi (100 kq) bürünc medala sahib olub. Leonid İstomin (100 kq-dan yuxarı) 4-cü, İlyas Xələfov (80 kq) isə 6-cı olub.
Digər çəki dərəcələrində Kyinq Mo Park (60 kq, Koreya), İlya Nazin (65 kq, Rusiya), Mahmut İrmak (70 kq, Türkiyə,) Əli Hüseyn Yasim (75 kq, Bəhreyn), Əhməd Əl Sədani (80 kq, Misir), Hacı Əl Bəluşi (85 kq, Oman), Sami Əl Haddad (90 kq, Bəhreyn), Mohammed Turi (100 kq, Mərakeş) və Əhməd Hamuda (100 kq-dan yuxarı, Misir) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Ümumi komanda hesabında Misir birinci, Cənubi Koreya ikinci, Bəhreyn yığması isə üçüncü yerə sahib çıxıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: