Bakıda beynəlxalq turnir keçirilib
13 Fevral 2010 Şənbə 21:15
Qalib adı uğrunda 31 tennisçi mübarizəyə girişib
Bakı Tennis Akademiyası istifadəyə verildiyi gündən etibarən ilk dəfədir ki, beynəlxalq turnirə ev sahibliyi edir. 1-ci dəfə keçirildiyi üçün “Azərbaycan F1 Fyuçers” adlanan yarışın mükafat fondu isə 15 min Amerika dollarıdır. Yəni, Bakıda keçiriləcək ikinci analoji turnir “Azərbaycan F2 Fyuçers” adlanacaq.
Turnirdə qalib adına birdən-birə 20 ölkəni təmsil edən 56 tennisçi iddialıdır. Azərbaycanlı tennisçilərdən isə 7-si Bakı turnirində çıxış etmək hüququ qazanıb.
Düzdü, bu yarışda dünya tennisinin ulzudları çıxış etmir. Lakin, gələcəyin ulduzu adına iddialıların sayı kifayət qədərdir. Məsələn, ukraynalı Aleksandr Aqofonov. O, bu turda rusiyalı denis Rıbanovu məğlub edib. Turnirin ən reytinqli iştirakçısı norveçli Relinq Tveytin istirahət etdiyi ilk gündə ümumilikdə 15 qarşılaşma baş tutub. Həmyerlilərimizin çıxışına gəlincə, Asim Cəlilov ilk görüşdə iddialılardan Emanuele Molinaya uduzub. Bu gün korta çıxmış digər iki həmyerlimiz Vasif Mütəllibovla Samir Qafarov da vaxtından əvvəl turnirlə vidalaşıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: